Əhali dollar panikasından sonra mağazaları boşaltdı (FOTO)

Əhali dollar panikasından sonra mağazaları boşaltdı (FOTO)
Sosial 1633

 

Azərbaycanda dolların manata nisbətdə 50% bahalaşmasından sonra əhali paytaxt mağazalarına hücum çəkib. 

BAKU.WS-in məlumatına görə, mağazaların qiymətləri bahalaşdıracağını eşidən hər kəs əllərində olan pula ərzaq alıb. Vəziyyət o həddə çatıb ki, artıq kassalar qarşısında böyük növbələr yaranıb.

Topdasatış mərkəzləri isə mağazalara ərzaq verməkdən imtina edir. Bütün ərzaq məhsulları artıq 50%-ə qədər bahalaşdırılıb. Siqaret və spirtli içki satışı isə tam dayanıb. Hətta apteklər belə bağlanıb və səbəb olaraq reviziya olduğu əsas gətirilib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar yenə bahalaşdı

Azərbaycanda dollar yenə bahalaşdı

Azərbaycanda dollar yenidən bahalaşıb. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də möhkə...

3640 İqtisadiyyat 09:32 22 dekabr 2015

Son xəbərlər