Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ! İmtahan tarixi...
20
noy
2025
17:43
Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.
Bununla əlaqədar namizədlər "imtahana buraxılış vərəqəsi"ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və...