Hafiz Hacıyevin qərargahı market olacaq? - Özü açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qərargahının sökülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, bu barədə modern.az-a açıqlama verən partiya sədri ofisinin sökülməyəcəyini deyib.
“Partiyamızın ofisi hazırda təmirdədir. Bundan öncə də təmir işləri aparılıb. Bir neçə gündən sonra təmir işləri başa çatacaq. Bununla da ofis əvvəlki kimi işlək vəziyyətə gələcək. Ofisin sökülməsi, yerinə başqa obyekt tikilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir”, - deyə Hafiz Hacıyev vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ofisinin sökülərək, yerində market tikiləcəyi barədə xəbərlər yayılıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...