Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik - VİDEO

İTV kanalında “Görünməyən qəhrəmanlar” silsiləsindən növbəti “Şərəf yolu” sənədli filmi nümayiş olunub.
BAKU.WS xəbər verir ki, budəfəki filmdə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Daxili Qoşunların hərbçilərindən bəhs edilib.
Sənədli filmdə Hadrutun azad edilməsi zamanı qəsəbədə ilk dəfə Azərbaycan bayrağının dalğalanmasından da danışılıb.
Belə ki, Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandırmış şəxs Daxili Qoşunların polkovniki Zəfər Yusibov olub. Onun rəhbərlik etdiyi ordu bölmələri həm Hadrut, həm də digər ərazilərin işğaldan azad edilməsində aktiv iştirak edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
