Hadisədən "erməni bayrağı" iddiasına sərt cavab

Hadisədən erməni bayrağı iddiasına sərt cavab
Sosial 5159

 

Türkiyənin məşhur müğənnisi Hadisə Ermənistan bayrağına bənzəyən əlbisəsi ilə bağlı ittihamlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, öz rəsmi Facebook səhifəsindən açıqlama verən müğənni haqqında yazılan çoxu şeyə fikir vermədiyini bildirib.

Türkçülüyünü və mənliyini heç kimin müzakirə etmək haqqı olmadığını söyləyən Hadisə haqqında yazılanların əsassız olduğunu bildirib: "Cahillə cahil olmaqdansa susmaq lazımdır. Sizin məşğul olacaq başqa bir işiniz yoxdur? Geydiyim paltarı qeyri-insani, xəstəlikli xəyal gücünüzlə şərh edirsiniz. Sosial şəbəkə qaralama meydanı deyil. Hər kəsə sülh və əminəmanlıq dolu bir həyat və dünya diləyirəm".

Qeyd edək ki, Hadisə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyasını da imzalayıb.

Sözügedən layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.

BAKU.WS

Hadisədən

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər