Əhali Iğdırdakı erməni yazısına hücum çəkdi

Əhali Iğdırdakı erməni yazısına hücum çəkdi
Hadisə 765

 

Türkiyənin Iğdır bölgəsində böyük hərflərlə erməni dilində yazılan tabloya hücum edilib.

BAKU.WS-in məlumatına görə, erməni dilində "Xoş gəldiniz", "Gülə gülə" sözləri yazılan tablonun hərfləri sökülərək yerə atılıb. Rayon sakinləri erməni dilində yazılan sözlərdən narahat olduqları üçün belə bir addıma əl atıblar. 

Türk, kürd və ingilis dilində yazılan tablolara isə zərər dəyməyib. Hadisəni kimlərin törətdiyini müəyyən etmək üçün polis əməkdaşları tərəfindən barmaq izi axtarılıb. Hadisə şahidi olmadığı üçün günahkar şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Xatırladaq ki, bir müddət öncə Iğdırda fəaliyyət göstərən QHT və digər təşkilatlar bu tabloya görə böyük etiraz aksiyası keçirmişdi. Hətta şəhər mərkəzində binalardan birinə böyük Azərbaycan bayrağı da asılmışdı. 

BAKU.WS

Son xəbərlər