Azərbaycana qarşı böyük kiber hücum (FOTO)
Azərbaycanda fəaliyyət göstərən özəl banklara kiber hücum təşkil olunub.
BAKU.WS-in verdiyi məlumata görə, ABŞ-da 14 il əvvəl baş verən 11 sentyabr hadisələri ilə əlaqədar olaraq "Amrahbank"ın rəsmi saytı dağıdılıb. Saytın əsas səhifəsində Usame bin Ladenin fotosu, ərəb və ingilis dilində mesaj yayımlanıb.
Kiber hücum həyata keçirən "İslamic Kiber Army" təhdidlər edərək bildirib ki, çox sayda banklar, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb: "Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik".
BAKU.WS
Oxşar xəbərlər
WhatsApp-da təhlükəli boşluq aşkarlandı
Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp-da yeni boşluq aşkarlanıb. BAKU.WS-in məlumatına görə, tətbiqin "WhatsApp web" versiyasında müəyyən edilmiş boş...