Alim camış hucumundan yazdı: "Qiyamətin əlamətlərindəndir"

Alim camış hucumundan yazdı: Qiyamətin əlamətlərindəndir
Hadisə 1339

  Qiyamətin əlamətlərindəndir ki, camış da sahiblərinə hücum edir. Bilirsizmi, insan nəyisə öyrənib biləndə yaxşı olur. Əvvəllər, qədim zamanlarda hələ informasiya bolluğu olmayan vaxtlarda insanlar ev əhlinin nadincliyini öz günahlarına görə olduğunu dərk edirdilər" . AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov son günlər Azərbaycanda mal-qaranın insanlara hücum faktları ilə bağlı fikirlərini Facebook-dakı səhifəsində bölüşüb.

Xatırladaq ki, Sabirabadda camış insanlara hücum edib. Avqustun 10-da Sabirabad rayonunun Qarağac kəndində  yerli sakin Şəmsi İbrahimova məxsus camış ona və həmyerlisi Rafiq Əzizova müxtəlif dərəcəli xəsarətlər yetirib.

Ş.İbrahimov hadisə yerində ölüb.

BAKU.WS Milli.Az-a istinadən bildirir ki, Ə.Həsənov yazıb: "Bir aqil olur və deyir ki, heyvanımın mənə qarşı asiliyi mənim öz günahlarıma görədir. Qədim zamanlarda Allaha inananlar düşünürdülər ki, onlara olan asilik hədər yerə deyil. Onlar günahı asi olanda yox, özlərində axtarardılar. Düşünərdilər ki, görəsən, mən nə edirəm ki, heyvanlarım və əlimin altında olanlar mənə qarşı asilik edir. Nəticədə öz-özlüyündə sorğu-sual aparar və özünü düzəldib islah edərdi. Beləcə bir müddət ev əhlindən və ev heyvanlarından özünə qarşı asilik edən görməzdi.

Hətta bunun əksinə də olurdu. Belə asiliklər olmayanda düşünürdü ki, görəsən, niyə mənim başıma müsibətlər, bəlalar gəlmir. Axı mən nə günah etmişəm ki, imtahan olunmuram. Çünki inanırdılar ki, Allah-təala öz qulunu sevdiyi üçün onu imtahana məruz qoyur. İmtahan və müsibətlər gəlməyəndə insanlar Allaha yalvarıb günahlarına görə bağışlanmaq istəyərdilər. Allaha dua edərdilər ki, onları unutmasın. Buna görə də bəlaların gəlməsinin bir neçə səbəbləri olur. Ya ev əhli çox günah edir və bu günahlara görə bəla gəlir, ya da ki, heç bir günahı olmur, sadəcə Allah-təala onun dərəcəsini qaldırmaq üçün onu imtahana məruz qoyur. Hər bir halda Allaha iman edənlər üçün böyük xeyir vardır. Məhz müxtəlif vasitələrlə imhatana məruz qalan Allah bəndəsi bunu onun xeyiri üçün olduğuna dəqiq əmin olmalıdır.

Bununla yanaşı, özü ilə daima sorğu-sual aparıb özünün əməllərini düzəltməlidir və haramlardan maksimum dərəcədə çəkinməlidir. Bu dediklərimin camış sahibləri ilə əlaqəsi yoxdur. Sadəcə xəbəri oxuyub bunu yazdım". 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər