Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb

Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Bu barədə "Report"un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumət...
