Hacı Şahin cümə xütbəsindəki TƏXRİBATDAN DANIŞDI - VİDEO - YENİLƏNİB

Bu gün “Məşhədi Dadaş” məscidində cümə xütbəsi zamanı təxribat törədən şəxs ruhi xəstə olub və bundan əvvəl bir neçə məscidə gedərək özünü Mehdi adlandırıb.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli bildirib.
O əlavə edib ki, xütbə gedən zaman qışqırmağa başlayan şəxsi məscidin xidmətçiləri uzaqlaşdırıb: “Onu məscidin xidmətçiləri və mühafizəçiləri kənarlaşdırıblar. Daha sonra həmin şəxslə məscidin yaxınlığında olan və təhlükəsizliyi təmin edən polis əməkdaşları danışıblar".
*** 14:25
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cümə xütbəsi zamanı təxribatla üzləşib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün “Məşhədi Dadaş” məscidində cümə namazından sonra oxunan xütbə zamanı qeydə alınıb.
Xütbəyə qulaq asanlardan biri Hacı Şahinin sözünü kəsərək qışqırmağa başlayıb. Məscidin əməkdaşları naməlum şəxsi hadisə yerindən uzaqlaşdırıblar.
Baş verən olaya Hacı Şahinin münasibəti belə olub: “Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Lakin xütbə zamanı nəyəsə bu şəkildə fikir bildirmək yanlışdır”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
