"Haber Global"ın 5 yaşı tamam olur - VİDEO

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün 5 yaşını qeyd edir.
BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.
Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.
BAKU.WS saytının kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
