Güzəştli mənzil seçən vətəndaşların 90%-i ərizələrini təqdim edib

Güzəştli mənzil seçən vətəndaşların 90%-i ərizələrini təqdim edib
Sosial 1673
“Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksində mənzil seçimi etmiş vətəndaşların 90 faizi ərizələrini imzalayaraq təqdim edib.Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin beş binasında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılıb.Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar “Elektron imza” (www.e-imza.az) və ya “ASAN imza” (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçə biliblər.Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonunadək vaxt verilsə də, artıq onların 90 faizindən çoxu mənzil seçimi ərizələrini imzalayaraq təqdim edib.Məlumatda həmçinin qeyd olunur ki, imzalama prosesində vətəndaşların “Elektron imza” və “ASAN imza”dan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və “108” Çağrı Mərkəzinə daxil olan müraciətlərinin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilib. Hər bir müraciət işçi qrup tərəfindən dərhal diqqətlə araşdırılıb və vətəndaşlara lazımi kömək göstərilməsi üçün bütün zəruri tədbirlər görülüb.BAKU.WS

Son xəbərlər