Gürcüstandan 178 Azərbaycan vətəndaşı Vətənə yola salınıb
23
iyn
2020
10:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tbilisidən üç avtobusla Vətənə yola salınıb.
BAKU.WS “Report”un yerli bürosuna istinadən xəbər verir ki, təxliyə olunanların koronavirusla bağlı ötən gün verdikləri testlərin nəticələri neqativ çıxıb.
Vətəndaşlar Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazəsi olacaq.
Oxşar xəbərlər
Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək. BAKU.WS APA-ya istinadən verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb...