Gürcüstanda fövqəladə vəziyyətlə bağlı qərar verildi
21
may
2020
11:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan hökuməti fövqəladə vəziyyət və komendant saatının uzadılmaması barədə qərar qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə koronavirusdan 224 nəfər müalicə olunur.
Baş nazir deyib ki, Gürcüstanı mərhələli şəkildə, lakin çox ehtiyatla normal həyat ritminə qaytarmaq lazımdır.
Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycanın ayrı-ayrı bölgələrində komendant saatı tətbiq oluna bilər - Millət vəkilindən təklif
Bayram günləri və həftə sonları koronavirusla bağlı Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün komendant saatı tətbiq olun...