Gürcüstan və İrana avtobus reysləri nə vaxt bərpa olunur? - RƏSMİ AÇIQLAMA

Gürcüstan və İrana avtobus reysləri nə vaxt bərpa olunur?  - RƏSMİ AÇIQLAMA
Sosial 442

"Gürcüstan və İrana avtobuslar beynəlxalq daşımalardır. Nazirlər Kabinetinin Azərbaycanın sərhəd keçid məntəqələrində gediş-gəlişin tam quru üzərindən bərpasına dair qərarından sonra xarici ölkələrə səfər etmək mümkün olacaq".

Bunu BAKU.WS-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O əlavə edib ki, hazırda xarici ölkərə gediş-gəliş mümkün olmadığı üçün hansı qaydaların tətbiq olunacağı dəqiq deyil: "Lakin Naxçıvana İran üzərindən getmək mümkün olduğu üçün beynəlxalq reys sayılır. Naxçıvana mayın 31-i olmasa da, ən yaxın zamanda gediş-gəlişin bərpası ilə bağlı işlər görülür."

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər