Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azad olunmuş Qarabağ bölgəsinə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, bloqçular Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, qonaqlara cəmi 8 ay ərzində ən yüksək beynəlxalq standartlar səviyyəsində inşa olunmuş hava limanının fəaliyyəti barədə məlumat verilib.
Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib.
Uzunluğu 3000 m, eni 60 m olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayana bilir. Hava limanı İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqlarla təchiz olunub.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...