Gürcüstan mətbuatı: Ölkədə koronavirusun yeni növü yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda koronavirusun yeni EG.5 ştamı aşkar olunub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan EG.5 koronavirusun omikron növünə bənzəyir. Bu virus risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Mütəxəssislər əhaliyə xəbərdarlıq edir və bildirirlər ki, simptomlar aşkar olunduqda ictimai yerlərdən uzaq durmalı, özünütəcrid rejiminə əməl olunmalıdır.
Qeyd edək ki, EG.5 virusu artıq dünyanın 50 ölkəsində qeydə alınıb. Son 28 gün ərzində koronavirusun yeni ştamına dünyada 7 milyondan çox yoluxma qeydə alınıb və artıq üç min nəfər dünyasını dəyişib.
Gürcüstan Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar EG.5 virusuna yoluxma ilə bağlı bu mərhələdə rəsmi açıqlama verməyiblər.
Oxşar xəbərlər
“Omikron” ştamının əlamətləri bədənin hər yerində özünü büruzə verə bilər
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə koronavirusun “omikron” variantı, ola bilər ki, ilkin SARS-CoV-2 virusu ilə müqa...