“Günün Yekunu” - 17 mart 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti hakim qarşısına çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/83367
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/83368
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimov və menecer Nuray Nurcihan Peker ötən axşam İstanbul Ədalət Sarayına aparılarkən çəkilən kadrlar yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/83375
Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83387
Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83388
Martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/83398
Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/83407
Milli Məclisinin plenar iclasında "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83408
Nazirlər Kabineti yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83423
Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83425
Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83426
Prezident İlham Əliyev Akif Məlikovu təltif edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/83427
Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/83432
Milli Məclisin plenar iclasları dayandırılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83433
Oxşar xəbərlər
“Günün Yekunu” - 27 fevral 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. "Gürcüstanın Azərbaycanla sərhədləri bağ...