Günel Bəhramqızına yüksək vəzifə verildi
Aparıcı Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gündən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi kimi fəaliyyətimi davam etdirirəm.
Göstərilən etimada görə təşəkkürümü bildirirəm. Peşəkarlıq və məsuliyyət bundan sonra da əsas iş prinsipim olaraq qalacaq. Media və ictimaiyyətlə açıq, çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaq üçün çalışacağam", - o bildirib.
Oxşar xəbərlər
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqra...