“Günay Bank”da yarım milyonluq zərər - Bankda nə baş verir?

“Günay Bank”da yarım milyonluq zərər - Bankda nə baş verir?
Sosial 227

"Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.

BAKU.WS “fed.az”a istinadən xəbər verir ki, 2022-ci ilin 1-ci rübündə “Günaybank”ın gəlirləri 4 milyon 669 min manat, xərcləri 4 milyon 567 min manat təşkil edib.

Dövrün nəticəsi olaraq Bank mümkün zərərlər üzrə 492 min manat ehtiyatlar yaradıb. 187 min manat isə vergi kimi ödənilib. Nəticədə “Günaybank” 1-ci rübü 577 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, ötən ilin 1-ci rübünü bank 879 min manat xalis mənfəətlə bağlamışdı.

Bankın yaydığı məlumatda bildirilir ki, ki, “Günay Bank” ASC böyüməkdə davam edir. Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.

Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər