Güclü külək CAN ALDI - Bir nəfər həyatını itirdi, bir neçə nəfər xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar həkiməqədər bir ölüm hadisəsi baş verib.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, güclü külək səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə beş çağırış daxil olub. Xəsarət alanlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Təəssüf ki, bir nəfərin həyatını itirdiyi bildirilib. Hadisə küləyin yaratdığı təhlükəli vəziyyətin nəticəsi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...