Gözəlliyi ilə hər kəsi valeh edən oğru Səidənin ŞOK FOTOları
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün quldurluq üstündə yaxalanan gənc qızın yeni fotoları yayılıb.
A24.Az xəbər verir ki, gözəlliyi ilə daha çox diqqət çəkən Səidə Kərimova sosial mediada gündəm olub. İnsanlar gənc və gözəl qızın belə çirkin əməl üstündə yaxalanmasına heyfslənir, bu əməlin onun simasına yaraşmadığını deyir.
Qeyd edək ki, Səidə Kərimova quldurluğu tanışı İsrafil Hüseynovla birgə törədib. Belə ki, dostlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və "Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarıb. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.
Cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.
BAKU.WS
![]()
Oxşar xəbərlər
Sosial şəbəkədə hər kəs Səidənin gözəlliyindən danışır (VIDEO)
Sevgilisi ilə birlikdə oğurluqda ittiham olunan qız gözəlliyi ilə sosial şəbəkələrdə geniş müzakirə olunub. "Qafqazinfo” xəbər verir ki, hadisə 4 iyun tarixind...