Səidə Sultan da burnunu əməliyyat etdirdi - "On günə elə ceyran qız olacağam"(FOTO)

Səidə Sultan da burnunu əməliyyat etdirdi -  On günə elə ceyran qız olacağam(FOTO)
Şou-biznes 3547

Müğənni Səidə Sultan burnunu əməliyyat etdirib.

BAKU.WS məlumat verir ki, bu haqda müğənni Instagram hesabında məlumat paylaşıb. O, burnundakı sarğı ilə çəkilmiş şəklini Instagram izləyiciləri ilə bölüşüb. Səidə burnunu nəfəs almasında problem yarandığı üçün əməliyyat etdirdiyini bildirib:

"Dostlar, qorxmayın. Bu, mənəm! On günə elə ceyran qız olacağam ki...Çoxlarınız deyəcək ki, bu da burnunu əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam. Nə oldu, bu yaşa qədər bu burunla gəzdin, indi bəyənmədin?!”. Axı belə deyənlər də var. Nəfəsimdə problemlər, çəpər əyriliyi, artıq ət oxumağıma çətinlik yaradırdı. Həkimin məsləhəti ilə göz qapağındakı ətləri də götüzdürdüm. Bu sahədə çox sağ olun bir qismi də ANS-də "İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovaya düşür”, - deyə Səidə Sultan qeyd edib.

BAKU.WS

Son xəbərlər