Gözləri görməyən qadına niyə əlillik verilmir?

Gözləri görməyən qadına niyə əlillik verilmir?
Foto
Sosial 15

Xaçmaz rayon sakini Asiyat Güləhmədovna Yunusova əlillik təyinatı üçün edilən müraciətinə imtina verilməsindən şikayətçidir.

BAKU.WS xəbər verir ki, yaxınları vasitəsilə Oxu.Az-ın qaynar xəttinə şikayət edən vətəndaşın iddiasına görə, xəstəliyi əlillik təyinatına əsas versə də, ona imtina cavabı verilib.

Onun sözlərinə görə, gözlərinin görmə faizi 0-dır:

"İyulun 29-da Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuşam. Hər iki gözümdə görmə faizi 0-dır, həmçinin gözlərimdə quruma var. Avqustun 22-də Qubada Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qəbulunda olmuşam. "Forma-88" sənədim doldurulub.

Xəstəliyim ilə bağlı müvafiq rəylərim var. Dünən zəng edib TƏBİB ilə maraqlanmışıq, mənə deyirlər ki, sizə imtina gəlib. Mənim xəstəliyimin müalicəsi yoxdur. Yalnız dövlət tərəfindən verilən müvafiq dərmanları qəbul edirəm. Müalicəsi olmayan xəstəlik necə sağala bilər?"

Məsələ ilə bağlı cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, vətəndaş Asiyat Yunusovanın əsas xəstəliyinin oftalmoloji problem olmasına baxmayaraq yanaşı diaqnoz kimi göstərilən və əlilliyə əsas verə biləcək Parkinson diaqnozunu təsdiq edən ilkin tibbi sənəd 2026-cı ilin iyun ayına aiddir:

"Parkinson xəstəliyi 12 saylı qərara əsasən müddət gözlənilən xəstəliklər siyasına aid olduğu üçün diaqnoz təsdiqlənməsindən yanlız 6 ay sonra "Forma-88" göndərişin rəsmiləşdirilməsi mümkündür. Qeyd edilən müddət başa çatdıqdan sonra vətəndaşa yenidən göndəriş rəsmiləşdirilməsi mümkün olacaq".

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov açıqlamasında qeyd edib ki, Asiyat Yunusovaya dair elektron sistemə tibb müəssisəsi tərəfindən heç bir göndəriş daxil edilməyib:

Gözləri görməyən qadına niyə əlillik verilmir?

"Belə olan halda vətəndaşın əlilliyinin qiymətləndirilməsi mümkün olmur. Asiyat Güləhmədovnanın qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən əlilliyin qiymətləndirilməsinə dair "Forma-88", yəni göndəriş daxil edildiyi halda, TSEK tərəfindən müvafiq qərar verilə bilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər