Göygöldə ictimai nəqliyyatda reyd keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə bağlı, həmçinin, velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Göygöl rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılaraq barələrində inzibati tədbir görülüb.
Oxşar xəbərlər
Mülki geyimli polis əməkdaşları REYD keçirdi - VİDEO
Sumqayıtda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. B...