"Göstər gücünü: Carabao sürətlə Azərbaycan bazarını fəth edir – FOTO -VİDEO"
Yeniliklərdən dərhal xəbərdar olun
Sanki hələ dünən Carabao enerji içkisi barədə çox az adam məlumatlı idi. Bu gün isə Azərbaycanın energetik içki bazarını "silkələyən” məhsuldan hər kəs xəbərdardır.
Demək olar ki, energetik içki bazarına daxil olmadan öncə şəhərin sıxlıq təşkil edən bütün yerlərində asılmış və Azərbaycanda sakinlərinin marağına səbəb olmuş ağ-yaşıl Carabao reklam posterlərini hər kəs görüb.Carabao nisbətən gənc brenddir. Onun yaranma tarixi 2002-ci ilə təsadüf edir. Belə ki, həmin vaxt Taylandın eyniadlı populyar kantri-qrupunun lideri Aed Carabao biznesmen Satien Settasitlə birgə içki buraxırlar. Reklam kampaniyasının əsas ideyası təsisçilərin şəxsi nailiyyətləri olur – məsələn, "Xalqın səsi” nominasiyasında dəfələrlə qalib gəlmiş "Carabao” qrupu.
Carabao – itirilmiş enerjini bərpa edən, həmçinin özündə emosional və fiziki gücü ifadə edən yüksək keyfiyyətli enerji içkisidir. Azərbaycanda Carabao çox qısa zamanda dəbə çevrilərək uğur qazanıb. Bu da ölkə sakinlərinin zövqünə oxşadığının bariz nümunəsidir.
Azərbaycanda ilk dəfə bu enerji içkisinin dadına 2017-ci ilin yazında baxıblar. Və məhz həmin andan etibarən Carabao rəsmi olaraq energetik içki bazarına daxil olub. Carabao bazarı uğurla fəth edərək, alıcıların rəğbətini çox sürətlə qazanmaqda davam edir.
Xüsusi olaraq qeyd edək ki, bazara rəsmi olaraq daxil olan istənilən məhsul kimi, Carabao da Azərbaycan Respublikasının tələblərinə cavab verən bütün lazımi yoxlama və instansiyaları keçərək, uyğunluq və gigiyenik sertifikatlar əldə edib.
Oxşar xəbərlər
15 manata 143 gün enerji saxlayan telefon (FOTO)
Azərbaycanda 143 gün enerji saxlaya bilən telefon satılır. "Philips Xenium E181" model telefonunu kreditlə, hissə-hissə ödəniş etməklə də əldə etmək olar. 12...