Goranboyun Qarasüleymanlı kəndinin QARAGÜNLÜ YOLU: "Uşaqlar məktəbə gedə bilmirlər"
04
mar
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy şəhərinin 500-600 metrliyində yerləşən Qarasüleymanlı kənd yolunda yaranan gölməçələr, dizə çıxan palçıq insanları narahat edir.
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyirlər.
"Yollarımız bərbad vəziyyətdədir. Yağış yağanda uşaqlarımız günlərlə məktəbə gedə bilmirlər. Deyəsən, bu kənd yaddan çıxıb" , - sakinlərdən biri narazılığını ifadə edib.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qarasüleymanlı kənd yolunun 2026-cı ildə təmir olunması nəzərdə tutulub.
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...