Goranboyda arpa və buğda sahələri susuzluqdan yanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Kələk kəndində hektarlarla arpa və buğda sahələri susuzluqdan yanır.
BAKU.WS xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, arpa, buğda təxminən 1 aydan sonra biçinə hazır olmalıdır, ancaq onların əkinləri sonuncu dəfə noyabr - dekabr aylarında suvarıldığı üçün yetişmə gecikir.
Bu səbəbdən də həmin torpaq sahələrində məhsuldarlıq xeyli aşağı olacaq.
Kələk kəndində artezian quyuları normal işləmədiyindən kəndlilər Şəmkir maşın kanalından yararlanmağa cəhd ediblər, lakin oradan da sakinlərə su verilməyib. Beləcə, sahələr yanaraq məhv olub.
Goranboy rayon Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən kənd ərazisində fəaliyyəti dayanan subartezian quyusu 2023-cü ilin bərpa proqramına salınıb. Kələk kəndinə Şəmkir maşın kanalından su verilməsi məsələsinə gəldikdə isə, Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən qeyd edilib ki, aprelin 28-də kanala su vurulacaq.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...