Goranboyda ağır qəzada xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANIB
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil veriliblər.
Qəzaya düşən 7 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, müalicəsi reanimasiya şöbəsində davam etdirilən 12 yaşlı uşaq həyatını itirib. Digər şəxslərdən birinin müalicəsi Goranboy RMX-də, qalan 5 nəfərin müalicəsi isə Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsində davam etdirilir.
Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənin üzvləridir.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...