"Google Chrome"da yeni funksiyalar işə salınıb - FOTO

Google Chromeda yeni funksiyalar işə salınıb - FOTO
Foto
Sosial 212

"Google" 2022-ci ilin dekabrında sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət funskiyalarını tətbiq etməyə başlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir, onlar bağlanmır və həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Enerjiyə qənaət rejimi arxa fonda brauzerin fəaliyyətini və vizual effektləri məhdudlaşdırmaqla animasiyaları və videoların kadr tezliyini azaltmaqla enerji istehlakına qənaət edir.

Yeniliklər artıq "Chrome" brauzerinin bəzi istifadəçiləri üçün əlçatandır. Hər iki funksiya avtomatik aktivləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər