"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin dekabrında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı noyabr ayı ilə müqayisədə 1,4 faiz artıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,69 faiz təşkil edib.
“Safari” brauzerinin dekabr ayında payı noyabrla müqayisədə 0,05 faiz artaraq 10,48 faiz təşkil edib.
“Samsung Internet” brauzerinin payı 0,02 faiz artaraq 5 faizə bərabər olub.
Eyni zamanda, dekabr ayında “Opera” brauzerinin internet bazarında payı 0,57 faiz azalaraq 3,26 faiz təşkil edib.
“Yandex Browser” və “Mozilla Firefox” brauzerlərinin payı müvafiq olaraq 1,32 faiz və 0,2 faiz azalaraq 0,22 faiz və 0,75 faiz təşkil edib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...