Sahibi erməni olan məşhur taksi şirkəti Bakıya niyə gəlir? (FOTO)

Rusiyanın "Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açacaq. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün "Yandex” xidmətlərinin, xüsusilə də "Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.
Artıq "Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.
Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.
"Yandex" şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.
Nəqliyyat sahəsi üzrə ekspertlər, o cümlədən iqtisadçılar "Yandex.Taksi” xidmətinin Azərbaycanda fəaliyyətə başlamasını bu sahədə rəqabətin artacağına gətirib çıxaracağını bildirirlər. Məlum olduğu kimi ölkəmizdə bir neçə onlayn taksi xidməti fəaliyyət göstərir.
Lakin bizim toxunacağımız məsələ "Yandex Taksi” xidmətinin kimə məxsus olması və kimlər tərəfindən idarə edilməsi ilə bağlıdır. Bu barədə bir az sonra danışacağıq. İndi isə "Yandex”in qısa da olsa tarixinə nəzər salaq.
Rusiyanın ən çox istifadə olunan veb axtarış motoru "Yandex” xidməti postsovet ölkələrində geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb.
Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi bu yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olub.

Tiqran Xudaverdiyan (sağdan birinci)
Baş ofisi Moskvada yerləşən "Yandex” 1997-ci ildə İlya Seqaloviç tərəfindən Softool sərgisində təqdim edilib. İlk vaxtlar CompTek International şirkəti çərçivəsində fəaliyyət göstərib. Müstəqil olaraq "Yandex” 2000-ci ildən işə başlayıb "Yandex” 50-dən çox xidmət göstərir. Bunlardan ən məşhurları sırasında "Yandex. Şəkillər”, "Yandex. Poçt”, "Yandex. Xəritələr”, "Yandex. Hava”, "Yandex. Xəbərlər” və "Yandex Taksi” xidməti gəlir. Bunların arasında yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacağı üçün "Yandex Taksi” xidməti diqqətimizi çəkdi. İstiPress-in bu istiqamətdə araşdırması maraqlı faktları ortaya çıxardı. Belə ki, "Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi”yə rəhbərlik edir. T.Xudaverdiyan İrəvanda anadan olub. Atası İrəvan dövlət universitetində fizika fənnindən dərs deyib. T.Xudaverdiyan "Sputnik Armenia” saytna (Sputnik Azərbaycan dilində də fəaliyyət göstərir və bu saytın baş redaktoru da ermənidir - Marqarita Simonyan - red.) müsahibələrindən birində qeyd edib ki, o, həmçinin yəhudi qanı daşıyır, nənələrindən biri yəhudi olub. Onun 15 yaşı olanda ailəsi Rusiyaya köçüb. Buna baxmayaraq Xudaverdiyan ölkəsinə və millətinə çox bağlı adamdır. Bunu sadəcə onun Facebook səhifəsinə baxmaqla da görmək olur. Statuslarının çoxusu İrəvan, Ermənistanın digər bölgələri ilə bağlıdır. O, rəhbərlik etdiyi "Yandex Taksi” xidmətindən gələn vəsiat hesabında Ermənistanda şagirdlər üçün pulsuz məktəblər də açır. Xudaverdiyan bu barədə Facebook səhifəsində də yazıb.








Oxşar xəbərlər
Azərbaycanda bu sürücülərə məcburi qaydada dərs keçiləcək
Bundan sonra yük avtomobillərinin sürücüləri də təlimlərə cəlb olunacaq. BAKU.WS-nin Avtosfer.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Avtomobil nəqliy...