Gömrük Hospitalı yarım milyonluq tibbi avadanlıqlar ALACAQ
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ürək əməliyyatlarında istifadə olunan xüsusi tibbi sərf materiallarının satın alınması ilə bağlı açıq müsabiqə elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalma paketinə endovaskulyar və invaziv kardio-cərrahiyyə üçün nəzərdə tutulan bir sıra vacib tibbi avadanlıqlar daxildir. Bunlar arasında TEVAR və EVAR sistemləri, bir və iki kameralı kardiostimulyatorlar, Tyshak balonu, həmçinin uşaqlarda ürək anomaliyalarının transkateter üsulu ilə bağlanması üçün nəzərdə tutulan PDA cihazları var.
Müsabiqənin ümumi dəyəri 425 min 664 manat təşkil edir.
Qeyd edək ki, bu tibbi materiallar ürək-damar xəstəliklərinin müalicəsində yüksək dəqiqlik və təhlükəsizlik tələb edən prosedurlar üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Valideynlər üçün səssiz təhlükə: Azyaşlıları "Mavi Balina" kimi oyunlardan necə qoruyaq?
Bir zamanların kabusu yenidən geri dönür? Söhbət "Mavi Balina"dan gedir. Bəlkə də, əslində, heç aramızdan ayrılmamışdı, sadəcə, qurbanlarını bir-bir seçirdi. Bi...