"Global Management"in altı yaşı olur
Bu gün "Global Media Group"a daxil olan "Global Management" altı yaşını qeyd edir.
"Global Management" 2020-ci ildən beynəlxalq idarəetmə sistemləri əsasında fəaliyyət göstərən autsorsinq şirkətidir.
Şirkətin fəaliyyət istiqamətinə maliyyə və mühasibatlıq, marketinq və satış, informasiya texnologiyaları, satınalma və təchizat zənciri, insan resursları, hüquq xidməti, gömrük xidməti, keyfiyyət təminatı və keyfiyyətə nəzarət xidmətləri daxildir.
Qeyd edək ki, "Global Management" MMC autsorsinq şirkəti qrupun tərkibinə daxil olan "Report" informasiya agentliyi, "Oxu.Az" xəbər saytı, "Baku TV" yayım portalı ilə birlikdə ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.
BAKU.WS kollektivi olaraq "Global Management"i təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Bu rayonun 4 kəndində qaz olmayacaq
Şəmkir rayonunun bəzi kəndlərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, abonentlər...