Generalın oğlu vəzifəsindən azad edildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar Xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Nazirin əmri ilə R.Qasımzadə öz arzusu ilə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.
Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BAKU.WS xəbər verir ki...