Gənclərdən ölkəmizdə və xaricdə təhsillə bağlı ETİRAFLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Ali təhsil almaq hər bir gəncin həyatında mühüm rola malikdir. İnsanın bilik və bacarıqlarının təkmilləşməsində, şəxsiyyətinin formalaşmasında və dünyagörüşünün artmasında bu, son dərəcə vacibdir.
Hər bir gənc isə bu səbəbdən keyfiyyətli təhsil almaq istəyir. Bəs görəsən, bunun üçün xaricə, yoxsa yerli universitetlərə üz tutmaq lazımdır?
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşlar "Gənclər təhsil almaq istədikləri sahədən asılı olaraq xaricdə, yoxsa Azərbaycanda oxuyacaqlarına qərar verməlidirlər", "Xaricdə aşağı keyfiyyətdə təhsil verən universitetlərdə oxumaqdansa, Azərbaycanda ali təhsil almaq daha yaxşıdır", "Yerli universitetlərdə təhsilin keyfiyyəti artırılsa, yaxşı olar. 90 dəqiqə mühazirəyə qulaq asmağa səbrim çatmır" kimi fikirlər səsləndiriblər.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...