Gəncədə vaksin olunanlarla bağlı məlumat yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yanvar ayından bu günə qədər koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 114 min nəfərdən çox olub.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının Şöbə müdiri Azaerma Dadaşova bildirib.
Onun sözlərinə görə, birinci doza vaksin vurulanların sayı 67 minə çatıb.
İkinci doza vaksin olunanların sayı isə 48 min nəfərə yaxınlaşıb.
Yaş həddinə gəlincə, yaşı 65-dən yuxarı olan şəxslərin sayı 8 min, 50-65 yaş həddində olan şəxslərdən 18 min nəfər vaksin olunub. Yaşı 40-50 olan şəxslərdən 20 min, 18-40 yaş arasında olan şəxslərdən isə 27 min nəfər təşkil edib.
Gəncə şəhərində ümumilikdə vaksinasiya üçün 8 xüsusi məntəqə fəaliyyət göstərir.
Oxşar xəbərlər
Vaksinin birinci dozasından sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?
Son günlər bir neçə şəxsdə COVID-19 əleyhinə birinci doza vaksin vurulandan sonra da koronavirusa yoluxma halları müşahidə olunur. BAKU.WS “qafqazinfo”ya istina...