Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlanıb

Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlanıb
Sosial 6

Gəncədə dəm qazından zəhərlənən şəxslərin son durumu açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Dünən saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Gəncə şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər