Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərinin küçə işıqlandırma infrastrukturunun yenilənməsi və daha səmərəli idarə olunması məqsədilə yeni tender elan edilib.
BAKU.WS-in məlumatına görə, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə küçə lampasının ağıllı idarəetmə sisteminə qoşulmasını həyata keçirəcək.
Layihənin ümumi dəyəri 2,26 milyon manat təşkil edir. Tender çərçivəsində fərdi küçə lampası nəzarətçiləri, elektrik xətti üzərindən PLC kommunikasiya modulyatorları, mərkəzi idarəetmə bloku, enerji təchizatı və qoruma avadanlıqları, həmçinin işıq sensorlarının alınması nəzərdə tutulur.
Layihənin icrası Gəncədə işıqlandırmanın səmərəliliyini artıracaq, enerji qənaəti yaradacaq, nasazlıqların daha tez aşkar olunmasına və şəhərin "ağıllı infrastruktur" sisteminə uyğunlaşdırılmasına imkan verəcək.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...