Gənc həkim: Harada bilgi varsa, ona tərəf can atmalıyıq
Məktəbli vaxtlarımdan intellektual sfera ilə maraqlanıram. Boş vaxt tapdıqca bu cür yarışlarda iştirak etməyə çalışıram. Müxtəlif sosial şəbəkələrdə bu yarışmanın elanlarını görən kimi qatılmaq qərarı verdim. Bu yarışmada iştirak etməyimin əsas səbəbi dostlarımızla xoş vaxt keçirmək istəyimizdir.
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "Gəncİntellekt" yarışmasının iştirakçısı, həkim Arzu Musayeva deyib.
A. Musayeva həm məktəbli dövründə, həm də tələbəlik illərində çoxsaylı intellektual oyunların qalibi olduğunu bildirib: "Təbii ki, məktəb vaxtı, tələbəlik dövrü və iş həyatına atılan zamanlarda intellekt səviyyəmiz dəyişir, bilgilərimiz daha da artır. Müxtəlif sahələrlə maraqlanmağa başlayırıq. Təcrübəmiz artır. Bu da bizim oyunlardakı nəticələrimizə təsir göstərir".
Onun sözlərinə görə, müasir Azərbaycan gənci təşəbbüskar olmalıdır: "Gənclərin qarşılarına çıxan bütün şanslardan maksimum istifadə etmələrini məsləhət görərdim. Çünki bu illər bir daha geri qayıtmayacaq. Vaxtımızdan səmərəli, məhsuldar istifadəyə çalışmalıyıq ki, geriyə baxanda peşman olmayaq. Harada bilgi varsa, ona tərəf can atmalıyıq. Çünki biz ancaq biliklə yüksələ bilərik".
Oxşar xəbərlər
Bu ərazidə yollar əsaslı təmir olunacaq
Yevlax şəhərində yollar əsaslı təmir olunacaq. BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 657 min manat təşkil edir. İşlər əsasən şəhərin bir neçə küçəs...