Gələn il BTQ-nin hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq
Gələn il Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov təşkilatın 14 dekabr dekolonizasiya gününə həsr edilən hesabat təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təşkilat beyin mərkəzi kimi 7-dən çox hesabat hazırlayaraq təqdim edib:
"Bu il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. BTQ tərəfindən 5 memorandum imzalanıb və bu üzrə 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir".
Oxşar xəbərlər
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb. BAKU.WS "Bak...