"Galendewagen"lə insident törədən sürücü 15 sutka HƏBS EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsində yol hərəkəti zamanı baş vermiş mübahisə ilə bağlı saxlanılan sürücü hakim qarşısına çıxarılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Həmzə Mustafayevə 15 sutka inzibati həbs verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1-ci (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etmə) maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, iki gün əvvəl sosial şəbəkələrdə H.Mustafayevin mübahisə zamanı idarə etdiyi "Mercedes" markalı avtomobili qəsdən "Kia"nın üzərinə sürdüyünü əks etdirən görüntülər yayılmışdı. Bildirilirdi ki, hadisə zamanı o, qarşı tərəfə nalayiq ifadələr işlədib. Hadisədən sonra sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən tərəf isə avtomobilinə təxminən 2 min manat ziyan dəydiyini iddia edir.
Oxşar xəbərlər
Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı
Bakının Xətai rayonunda yerləşən 28 saylı şəhər poliklinikasında əsaslı təmir işlərinin aparılması planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri İnn...