Fəzail Ağamalının kiçik oğlu qardaşının maşınla adam vurması xəbərindən danışdı

03
okt
2017
11:00
Millət vəkili Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı qardaşının maşınla adam vurması xəbəri ilə bağlı açıqlama verib.O, BAKU.WS-lə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib: "Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur ki, oradadır. Yayılmış məlumat kökündən yalandır. Bu xəbəri yayan polis əməkdaşını da aidiyyəti qurumlara şikayət edəcəyik", - deyə Fəzail Ağamalının kiçik oğlu bildirib. O, həmçinin qeyd edib ki, xəbərdə bildirildiyi kimi Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil deyil "Hyundai" maşınını idarə edir. BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda deputat oğlu maşınla adam vurdu
Azərbaycanda növbəti dəfə məmur övladı qəzaya səbəb olub. BAKU.WS-in "report"a istinadla verdiyi məlumata görə, Bakının Nəsimi rayonu ərazisində piyadanın vurul...