“Fəxri Xiyabanda bəzi abidələr vandalizmə məruz qalıb”
31
avq
2018
21:25
Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu Fəxri Xiyabanda mərmərdən hazırlanmış bəzi qəbirüstü abidələr vandalizmə məruz qalıb.BAKU.WS-in məlumatına görə, bunu Bizimyol.info-ya heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov bildirib.“Mən baxıram Fəxri Xiyabanda bəzi qəbirüstü abidələrin rəngləndiyini görürəm. Qara və ağı mərməri, eləcə də tuncdan olan xatirə lövhələrini, məzar daşlarını, abidələri rəngləmək cinayətdir. Bu abidələrlə çox incə davranılmalıdır. Məsələn, Mirzə İbrahimbovun abidəsi rənglənib. Bu olmaz”,-deyə Ö.Məmmədov bildirib.BAKU.WS
Oxşar xəbərlər
Lütfi Zadənin məzarının üstü götürülüb – VİDEO
Ötən ilin sentyabr ayının 6-da ABŞ-ın Kaliforniya ştatında vəfat edən Lütfi Zadənin məzarının üstü götürülüb.BAKU.WS xəbər verir ki, I Fəxri Xiyabanda dəfn edil...