Füzuli sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Füzuli rayonunun Horadiz şəhərində genişmiqyaslı abadlıq, yol və mənzil fondu üzrə təmir-bərpa işləri həyata keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən üç ayrı satınalma müsabiqəsi elan olunub.
Layihələrin ümumi dəyəri 700.617 manat təşkil edir.
Satınalmalara əsasən, Horadiz şəhərinin 17 Oktyabr küçəsində köhnə və yararsız vəziyyətdə olan hasar blokları söküləcək, əvəzinə 1300 metr uzunluğunda yeni hasar tikiləcək. Bununla yanaşı, ərazidə torpaq işləri, tullantıların daşınması və abadlaşdırma prosesi də icra olunacaq.
Eyni zamanda həmin küçədə yolların əsaslı təmiri həyata keçiriləcək. Təmir zamanı torpaq qazıntısı, qum-çınqıl qatının döşənməsi, asfalt örtüyünün salınması və yapışdırıcı materialların tətbiqi nəzərdə tutulur. Həmçinin Horadiz şəhərindəki yaşayış binalarında metal konstruksiyaların rənglənməsi, qaz-su xətlərinin yenilənməsi və digər işləri görüləcək.
Bu layihələr rayonun infrastrukturunun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.
Oxşar xəbərlər
Nə market qalıb, nə işçi, amma cərimə gəlir
2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləş...