Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürüldü
Sosial 88

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarını himayəyə götürüb.

BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar:

"Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavanlandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər