Filippində "Trami" qasırğası nəticəsində 110 nəfər ölüb

Filippində Trami qasırğası nəticəsində 110 nəfər ölüb
Sosial 36

Filippinin şimalındakı Luzon adasında tüğyan edən "Trami" tropik fırtınasında ölənlərin sayı 110 nəfərə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Bazar günü axşam elan edildiyi kimi (yerli vaxtla - red.) azı 110 nəfər öldü", - agentlik bildirib. Həmçinin vurğulanıb ki, azı 42 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, daha əvvəl 81 nəfərin öldüyü bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər