FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Foto Video
Sosial 15

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın Qaz Emalı Zavodunun çənlər parkında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Nzirlikdən BAKU.WS-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin hissə və bölmələri tərəfindən "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 6 ədəd texnika və 29 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah da Bakıya yağış yağacaq? - Proqnoz

Sabah da Bakıya yağış yağacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə bəzi...

2 Sosial 12:38 03 oktyabr 2026

Son xəbərlər