FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən "Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili" mövzusunda təlim keçirilib.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı "zərərçəkmişlər" xilas edilərək onlara "ilkin yardım" göstərilib, həmçinin yaranmış "yanğın qısa müddətdə söndürülüb".
Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...