FHN-in Şimal Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi "Mürəkkəb relyefli ərazidə axtarış-xilasetmə əməliyyatı" mövzusunda təlim keçirib.
Nazirliyin Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti olaraq meşə massivində xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə "xilas edərək" təhlükəsiz əraziyə təxliyə ediblər.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Ötən il 67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb
Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib. BAKU.WS xəbər verir ki, bu barədə rep...